top
Ərdoğan: Azərbaycanın qəbul etdiyi qərarlar Qarabağdakı qanunsuz “quldur dəstələrinə” qarşı yönəlib
21 sentyabr 2023, 17:32
- +

Ərdoğan: Azərbaycanın qəbul etdiyi qərarlar Qarabağdakı qanunsuz “quldur dəstələrinə” qarşı yönəlib

Rəcəb Tayyib Ərdoğan bildirib ki, Qarabağda baş verən son hadisələr Paşinyan və Ermənistanla bağlı deyil, Azərbaycanın qəbul etdiyi qərarlar Qarabağdakı qanunsuz “quldur dəstələrinə” qarşı yönəlib. Bu barədə İnsanoid Türkiyə mediasına istinadən bu gün, 22 sentyabr tarixində xəbər verir.

Türkiyə Prezidentinin sözlərinə görə, Azərbaycan Qarabağda separatçı erməni qüvvələrinə qarşı həyata keçirdiyi lokal xarakterli antiterror tədbirləri 24 saatdan da az vaxt ərzində uğurla başa çatıb:

“Bu, qismən Qarabağda talançı erməni komandası ilə bağlı məsələdir. Onların “prezident seçkiləri”ni özünəməxsus şəkildə keçirmək cəhdi həm Ermənistanın baş naziri Nikol Paşinyanı, həm də Azərbaycanı ciddi narahat edib. Çünki Azərbaycan bu hadisəyə “hələ də davam edən bir prosesi alovlandırırlar” kimi baxırdı. Bu arada, təbii ki, qardaşlarımızın şəhid olması hadisəni çox fərqli səviyyəyə qaldırdı.

Xəbərdarlıqlar edildi, lakin bütün bu xəbərdarlıqlara baxmayaraq, əksinə, prosesi davam etdirdilər. Hadisə belə davam etdiyi üçün də, Azərbaycan müvafiq addım atdı. Və daha da gecikmədən orada əməliyyatlarını yekunlaşdırdılar. Antiterror tədbirləri bitdikdən sonra mənə dedilər ki, 90-a yaxın vacib nöqtə məhv edilib. Yəni 90 mövqe vurulmaqla artıq tədbirlər bitib”.

Antiterror tədbirləri ilə bağlı Ərdoğanın Azərbaycan Prezidenti İlham Əliyevlə telefon danışığı olub:

“Bu məqamda o, Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasında çıxışıma görə mənə təşəkkür etdi və “Yəqin ki, bir daha orada nəfəs ala bilməyəcəklər. Biz işi yenicə bitirdik. Heç bir problem yoxdur. Biz buna son qoyduq”o deyib”, - deyə o vurğulayıb.

 

Son xəbərlər

Bütün Xəbərlər
08 avqust 2026, 15:08

Hikmət Hacıyev: "İlham Əliyev müharibəni, həm də sülhü qazanıb"

Bütün Xəbərlər
08 avqust 2026, 13:36

12 yaşlıdan 79 yaşlıya: Mingəçevirdə Kür çayında üzgüçülük yarışı başladı

Bütün Xəbərlər
08 avqust 2026, 12:37

Nikol Paşinyan Prezident İlham Əliyevə zəng edib

Bütün Xəbərlər
08 avqust 2026, 12:31

Gəncədə dalaşanları ayırarkən öldürülən şəxs tanınmış vəkilin qardaşı imiş

Bütün Xəbərlər
07 avqust 2026, 16:21

Ülviyyənin ölümünə görə həkimə bu cəza verildi

Bütün Xəbərlər
07 avqust 2026, 16:18

Daha bir qadın estetik əməliyyatdan sonra öldü

Bütün Xəbərlər
07 avqust 2026, 15:25

Azərbaycanın Malayziyada yeni səfiri təyin olunub

Bütün Xəbərlər
07 avqust 2026, 14:38

Azərbaycanın Pakistandakı səfiri dəyişib

Bütün Xəbərlər
07 avqust 2026, 14:34

Azərbaycanın Estoniyadakı səfiri geri çağırılıb, yenisi təyin olunub

Bütün Xəbərlər
06 avqust 2026, 17:35

Bəzi məhsulların sənədi olmadan ölkəyə gətirilməsi QADAĞAN EDİLİR

Bütün Xəbərlər
06 avqust 2026, 17:15

"Qaçqınkom" vahid aylıq müavinətin kimlərə şamil olunmadığını AÇIQLAYIB

Bütün Xəbərlər
06 avqust 2026, 15:12

Azərbaycanın UNESCO yanında daimi nümayəndəsi geri çağırılıb, yenisi təyin olunub

Bütün Xəbərlər
06 avqust 2026, 12:24

Arayik Harutyunyan və digərlərinin şikayətləri üzrə apellyasiya məhkəməsində qərar elan olunub - YENİLƏNİB - FOTO

Bütün Xəbərlər
06 avqust 2026, 11:52

Kiyevdə Azərbaycan və Ukrayna xarici işlər nazirlərinin görüşü başlayıb - YENİLƏNİB

Bütün Xəbərlər
06 avqust 2026, 11:45

Direktorların işə qəbulu üzrə müsahibə mərhələsi başlayır

Bütün Xəbərlər
06 avqust 2026, 10:59

Gürcüstana gedən vətəndaşlar Bakıya qatarla qayıda bilmir - ADY-dən AÇIQLAMA

Bütün Xəbərlər
06 avqust 2026, 10:41

"Qarabağ" - "Dinamo" oyununun biletləri satışa çıxarılır

Bütün Xəbərlər
05 avqust 2026, 17:02

Elektron pul köçürmələri ilə bağlı yeni hədd müəyyənləşdirilib

Bütün Xəbərlər
05 avqust 2026, 16:43

Məleykə Abbaszadə abituriyentlərə ÇAĞIRIŞ edib

Bütün Xəbərlər
05 avqust 2026, 15:49

Sabah Bakıda yağış yağacaq, güclü külək əsəcək

Bütün Xəbərlər
05 avqust 2026, 14:42

Dövlət mülkiyyətində olan əsas vəsaitlərin verilməsi qaydası dəyişib

Bütün Xəbərlər
05 avqust 2026, 14:13

Sosial şəbəkələrdə yaş məhdudiyyəti tələbinin pozulmasına görə cərimələr müəyyənləşib

Bütün Xəbərlər
05 avqust 2026, 10:50

Amerikada yaşayan türkəsilli tədqiqatçı Talebin Vardanyanla bağlı mövqeyinə etiraz edib

Bütün Xəbərlər
05 avqust 2026, 10:10

MİQ üzrə vakansiya seçimi başladı

Oxşar xəbərlər