top
Arvadını yataq otağında iş yoldaşı ilə tutdu, döydüyü üçün CƏZA ALDI
30 aprel 2025, 05:24
- ↺ +

Arvadını yataq otağında iş yoldaşı ilə tutdu, döydüyü üçün CƏZA ALDI

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Naftalanda kişi arvadı ilə iş yoldaşının xəyanətinin şahidi olub.

İnsanoid.com-un əldə etdiyi məlumata görə, hadisənin istintaqı Naftalan Şəhər Məhkəməsində keçirilib.

Təqsirləndirilən Cavidin (ad şərtidir) birlikdə yaşadığı arvadı, zərərçəkmiş Sevda (ad şərtidir) ilə aralarında mübahisə yaranıb. Mübahisənin ilk başlanğıc səbəbi həyat yoldaşının sualı olub. Belə ki, Cavid oğlu Alim ilə birlikdə Qaşaltı kəndi yoluna skuter sürmək və gəzmək üçün çıxıblar. Bu zaman arvadı Sevda ona zəng edərək “haradasınız, nə vaxt gəlirsiniz” sualını verib. Daha sonra Cavid oğlu ilə çay içmək üçün restoranda əyləşdiyi müddətdə arvadı bir neçə dəfə zəng edərək bu tərzdə suallar verib.

Çay içdikdən sonra Cavid oğlu ilə birlikdə bağ evlərinə gedib. Evə yaxınlaşanda qapının çöldən açıq olduğunu, lakin darvazanın içəri tərəfdən bağlandığını görüb. Kiminsə oğurluğa girdiyini düşünüb, yoldaşına zəng edib. Sevda evdə olduğunu desə də, qapını 20 dəqiqə sonra açıb. O, evə daxil olduqdan sonra otaqda başqa bir şəxsin olduğundan şübhələnib, lakin heç bir söz deməyib. Evi axtararkən kişi ətrinin qoxusunu hiss edib.

Yataq otağının işığını yandıranda çarpayının yan tərəfində yerə bir nəfərin uzandığını görüb. Yaxınlaşarkən həmin şəxsin kişi olduğunu görüb. Bununla dava başlayıb. Arvadını və kişini döyüb.

Cavid Azərbaycan Respublikası CM-nin 128-ci (sağlamlığa zərbə vurma) maddəsi ilə təqsirləndirilib.

Məhkəmə iclasında təqsirləndirilən Cavid  özünü təqsirli bilərək ifadəsində göstərib:

“Evə girəndə hiss elədim ki, evdə yad kişi var. Axtaranda yatağın altında gizlənən həmin kişinin qonşudakı Anar olduğunu gördüm. Əsəbiləşib hər ikisini də döydüm. İkisi də xəyanət etmədiklərini deyirdilər. Arvadımın sözünə görə, guya Anarı evin təmiri üçün çağırıb. Anar da deyir ki, söhbət etmək üçün gəlib”.

Məhkəmə baxışında zərərçəkmiş Sevda ifadəsində deyilənlərin yalan olduğunu, xəyanət etmədiyini vurğulayıb:

“Həyət evimizin təmirə ehtiyacı var idi. Bu məqsədlə keçmiş iş yoldaşım Anara zəng edib, qaynı Elbarizə təmir üçün məlumat verməyini xahiş etdim. Hətta Anarın arvadının da bu zəngdən xəbəri var idi. Qaynının vaxtı olmadığı üçün Anar özü gəlib evə baxdı. Cavidə Anarın gəldiyini demədim. O gəldikdən 5 dəqiqə sonra oğlumla ərim içəri girdi. Hər şeyi səhv anladı, məni şillə, təpiklə döydü. Ondan şikayətçiyəm, ziyanı ödəməyib”.

Məhkəmənin yekun qərarı ilə Cavidə aylıq qazancından dövlət nəfinə 20 (iyirmi) faiz məbləğdə pul vəsaiti tutulmaqla, 1 (bir) il müddətə islah işləri cəzası təyin edilib.

Fidan İlqar

Son xəbərlər

Cəmiyyət
Bu gün, 00:05

Ermənistanın Bərdədə törətdiyi növbəti terror hadisəsindən 6 il ötür

Cəmiyyət
Bu gün, 00:01

Vətən müharibəsinin xronikası: 28 oktyabr

Cəmiyyət
Dünən, 17:14

Leyla Əliyeva Dünya Turizm Təşkilatının Baş katibi ilə görüşüb

Cəmiyyət
Dünən, 16:07

Sürücünün telefondan istifadəsi, eləcə də reklam şərtlərinin pozulması foto və videokameralar vasitəsilə də qeydə alınacaq

Cəmiyyət
Dünən, 15:53

Bərdədə müəllimə "TikTok"dakı təhqirə görə cəzalandırıldı

Cəmiyyət
Dünən, 15:45

Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri "Mənim Abşeronum: Üstə gəl" adlı retrospektiv sərgi ilə tanış olublar

Cəmiyyət
Dünən, 15:18

Korrupsiya barədə məlumat verənlərə qarşı sanksiya tətbiq edənlərə cərimələr müəyyənləşir

Kriminal
Dünən, 15:08

Tanınmış modeli döyməkdə təqsirləndirilən iş adamına hökm oxunub

Cəmiyyət
Dünən, 14:42

Penitensiar xidmətin yeni rəisi Sahib Rzayev kimdir? – DOSYE

Siyasət
Dünən, 14:27

Prezident İlham Əliyev ICESCO-nun Baş direktorunu qəbul edib

Cəmiyyət
Dünən, 13:11

Mirsaleh Seyidov Penitensiar Xidmətinin rəisi vəzifəsindən azad edilib, xidmətə yeni rəis təyin edilib

Kriminal
Dünən, 12:33

Öldürülən qazi Tovuzdakı anım mərasiminə gedibmiş...

İdman
Dünən, 12:21

Dünya çempionatı: Azərbaycanın iki qadın güləşçisi məğlub olub, İslam Abbasov medal şansını itirib

Cəmiyyət
Dünən, 12:16

Sabah Azərbaycanda hava yağışlı olacaq

Kriminal
Dünən, 12:11

Anasını yandıran oğulun bacısı: "Atam bizi təhsil almağa qoymurdu"

Cəmiyyət
Dünən, 11:36

Gürcüstandan 98 əcnəbi deportasiya edilib, azərbaycanlılar da var

Cəmiyyət
Dünən, 11:29

Azərbaycan BƏƏ dövlət nazirinin BMT Baş katibi vəzifəsinə namizədliyini dəstəkləyib

Cəmiyyət
Dünən, 11:09

Naxçıvanda əsgərin ölümündə təqsirləndirilən həkimə hökm oxunub

Cəmiyyət
Dünən, 10:50

Azərbaycan Prezidenti: "İkili standartlar siyasəti beynəlxalq siyasətdən tam şəkildə çıxarılmalıdır"

Cəmiyyət
Dünən, 10:28

Azərbaycan Prezidenti: "İkinci Qarabağ müharibəsi zamanı bütün etnik qrupların və dinlərin nümayəndələri bir dəmir yumruq kimi birləşdilər"

Cəmiyyət
Dünən, 10:15

Prezident: "Azərbaycan tarixən və hər zaman çoxmədəniyyətli ölkə olub"

Cəmiyyət
Dünən, 09:33

Türkiyədə rüşvət ittihamı ilə 68 bələdiyyə işçisi tutulub

Cəmiyyət
Dünən, 09:23

Xətaidəki silahlı insidentlə bağlı 13 nəfər cinayət məsuliyyətinə cəlb edilib - Rəsmi

İdman
Dünən, 09:10

Keyn 25 ildən sonra "Qızıl top"u İngiltərəyə qaytardı, Londondakı yubiley gecəsi isə İspaniya və "Barselona"nın zəfərinə çevrildi

Oxşar xəbərlər