Bu günə qədər “ASAN xidmət” mərkəzlərində Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda yaralanan 4 098 nəfərə və 3 943 şəhid ailəsi üzvünə növbəsiz xidmət göstərilib. Bu barədə iyunun 7-də “ASAN Xidmət”dən məlumat verilib.
Bildirilib ki, həmin kateqoriyadan olan şəxslərin ümumilikdə 8 041 müraciəti təmin edilib.
Göstərilən xidmətlər yaralanan və şəhidlərin yalnız özləri ilə bağlı olan müvafiq işlərə şamil edilib.