Prezident İlham Əliyev Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin ("ASAN Xidmət") fəaliyyətinin təmin edilməsi haqqında 5 sentyabr 2012-ci tarixli Fərmanında dəyişiklik edib. Dövlət başçısı bununla bağlı yeni Fərman imzalayıb. Bu barədə 13 iyul tarixində Report məlumat verib.
Fərmana əsasən, agentliyin işçilərinin say həddi 1 539-dan 1 560-a çatdırılıb.
Qeyd edək ki, bu gün "ASAN xidmət"in yaradılmasından 12 il ötür. "ASAN xidmət" mərkəzləri Prezidentin 2012-ci il 13 iyul tarixli 685 nömrəli Fərmanına əsasən yaradılıb.