Astarada 9 aylıq hamilə olan qadın dünyasını dəyişib. Bu barədə iyunun 27-də Report xəbər yayıb.
Hadisə rayonun Giləkəran kəndində baş verib. 1997-ci il təvəllüdlü Qasımzadə Aytən yaşadığı evdə qəflətən ölüb. Mərhumun meyiti müayinə olunmaq üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran Şöbəsinə təhvil verilib.
Bildirilib ki, qadının hamiləlik dövrü normal keçib. O, 3-cü dəfə ana olmağa hazırlaşırdı.
Faktla bağlı araşdırma aparılır.