Astarada KOB dostu fəaliyyətə başlayıb. Bu barədə 28 dekabr tarixində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) saytında məlumat verilib.
Beləliklə, Lənkəran–Astara iqtisadi rayonu üzrə KOB dostlarının sayı 4-də, ölkə üzrə isə 29-a çatdırılıb.
KOB dostu yeni sahibkarlıq subyektlərinin yaranmasına, mövcud KOB-ların inkişafına dövlət dəstəyini təmin edir. KOB dostlarının fəaliyyətinin digər önəmli istiqaməti KOB-ların hüquqlarının müdafiəsidir.