Slovakiyanın Koşitse şəhərində keçirilən minifutbol üzrə Avropa çempionatında Azərbaycan yığması finala vəsiqə qazanıb.
Elşad Quliyevin yetirmələri həlledici matçda Rumıniya yığması ilə üzləşəcək. Qarşılaşma iyunun 11-də Bakı vaxtı ilə saat 22:15-də baş tutacaq.
Yarımfinalda Azərbaycan komandası Qazaxıstan millisini 3:2 hesabı ilə məğlub edib.
Qeyd edək ki, üçüncü yer uğrunda Qazaxıstan Bolqarıstanla üz-üzə gələcək. Matç iyunun 11-də Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.