Azərbaycan ağırlıqqaldıranı Ömər Cavadov gənclər arasında Avropa birinciliyində 2 gümüş medal qazanıb. Bu haqda İnsanoid oktyabrın 20-də Report-a istinadən xəbər verir.
Çempionat Albaniyanın Dürres şəhərində keçirilir.
Birdən qaldırmada 140 kiloqramı ram edən Cavadov bu hərəkətdə gümüş medala sahib çıxıb. Təkanla qaldırmada 165 kiloqramı başı üzərinə qaldıran idmançı bu hərəkətdə 4-cü pillədə qərarlaşıb. Toplam 305 kiloqram nəticə göstərən atletimiz yekun sıralamada 2-ci yeri tutub.
Qeyd edək ki, daha əvvəl Tehran Məmmədov 2 gümüş, 1 bürünc, İsa Rüstəmov isə 3 qızıl medal əldə edib.