Cari ilin ilk 3 ayı ərzində Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin Azərbaycan hissəsində 10,8 milyon tondan çox yük daşınıb. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 6,7% çoxdur. Bu barədə məlumat 16 may tarixində Dövlət Statistika Komitəsinin rəsmi səhifəsində verilib.
Məlumata əsasən, yük dövriyyəsi 6,3% artaraq 2,5 milyard ton-km olub. Yüklərin 56,3%-i avtomobil nəqliyyatı, 32,3%-i dəmir yolu nəqliyyatı, 11,4%-i isə dəniz nəqliyyatı ilə daşınıb.
Dəhliz vasitəsilə daşınmış yüklərin 23,8%-ni tranzit yüklər təşkil edib.