İsraildə baş verən hadisələrin fonunda Avroviziya təmsilçimiz də hadisələrin mərkəzindədir. Bu barədə İnsanoid bu gün, 7 oktyabr tarixində xəbər verir.
Əvvəlcə Qəzza zolağından kütləvi raket atışları başlayıb, ardınca silahlıların qurudan, sudan və havadan hücumu olub.
Hazırda Azərbaycanın “Eurovision 2021” təmsilçisi, müğənni Samirə Əfəndi və meneceri Aydan Topçibaşeva Təl-Əvivdədirlər.
“5000 raket. Hava limanı bağlanıb. Təl-Əviv partladılır. Bu partlayış səsləri və sirenlər sadəcə olaraq qorxuludur. Bizə deyirlər ki, hoteldəki bomba sığınacağına enək. Allah hər şeyi yoluna qoysun”, - deyə müğənni sosial şəbəkə hesabında yazıb.
Azərbaycanın İsraildəki səfirliyi müğənni Samirə Əfəndi və yaxınları ilə təmasdadır.
Ötən gün S.Əfəndi “Eurovision” mahnı müsabiqəsinə həsr olunmuş konsertdə
iştirak edib.