İctimai nəqliyyatda sərnişinlərin ciblərindən oğurluq edən şəxs, Lənkəran rayon sakini saxlanılıb. Bu barədə iyunun 15-də Report Daxili İşlər Nazirliyinə istinadən məlumat verib.
O, Bakının Nizami və Binəqədi rayonlarında müxtəlif vaxtlarda marşrut avtobuslarında üç qadının mobil telefonlarını ciblərindən oğurlayıb.
Saxlanılan şəxs daha öncə də oğurluğa və narkotiklərə görə məhkum olunub.
Faktla bağlı araşdırma davam edir.