Suraxanıda ictimai-iaşə obyektləri və nəqliyyat vasitələrində reydlər keçirilib. Bu barədə martın 14-də Report Daxili İşlər Nazirliyinə istinadən məlumat yayıb.
Tibbi maskadan istifadə etməyən, peyvənd olunmayan şəxslər cərimə edilib.
Xatırladaq ki, martın 5-dən Azərbaycanda karantin rejimi yumşaldılıb. Aradan qaldırılan məhdudiyyətlərin siyahısı ilə link vasitəsilə tanış olmaq olar.
İri ticarət mərkəzlərinin girişlərində COVID-19 pasportlarının təqdim olunması, qapalı yerlərdə maskadan istifadə kimi məhdudiyyətlər isə qüvvədə qalıb.