Gədəbəydə məktəblini avtomobil vurub. Bu barədə 6 oktyabr tarixində Apa.az məlumat verib.
Hadisə bu gün Böyük Qaramurad kəndində qeydə alınıb. "Opel" markalı minik avtomobili yolu keçən 2012-ci il təvəllüdlü Melisa Məmmədovanı vurub. Qız xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin orta ağır olduğu bildirilir.
Araşdırma aparılır.