Goranboyda yol qəzası olub. Hadisə Bakı-Qazax magistral yolunda qeydə alınıb.
Bu barədə 29 iyun tarixində APA məlumat verib.
Məlumata əsasən, hərəkətdə olan “Shacman” markalı yük maşını nasaz olduğu üçün dayanıb. Bildirilib ki, 50 yaşlı Yevlax rayon sakini nasaz avtomobilinin arxa hissəsində təmir aparan zaman qarşıdan gələn “Mercedes” markalı yük maşını “Sahcman”a çırpılıb.
Xəsarət alan şəxs xəstəxanaya aparılsa da, həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.