Qanunsuz erməni silahlı birləşmələrinin tərkibində 1991-ci il dekabrın 22-də Xocalı rayonunun Meşəli kəndində soyqırımı törətməkdə təqsirləndirilən Vaqif Xaçatryanın məhkəməsi başa çatıb. Bu haqda bu gün, 13 oktyabr tarixində İnsanoid İTV Xəbər-ə istinadən məlumat verir.
Prosesdən əvvəl Xaçatryanın işgəncə verdiyi azərbaycanlı ona səslənib. O: “Vaqif, ay Vaqif, tanıdın məni? Evə “limonka” atdın ha, qaçdım dalınca... Tanıyarsan”, - deyib.
Əks etdirilən kadrlarda Xaçatryan ona diqqətlə baxsa da, cavab verməyib.