Azərbaycan daha 5 erməni əsilli şəxsi qarşı tərəfə təhvil verib. Bu barədə dekabrın 29-da Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasından məlumat verilib.
Həmin şəxslər 2021-ci ilin 16 noyabr tarixində Ermənistan silahlı qüvvələri tərəfindən Kəlbəcər istiqamətində törədilən təxribatın qarşısı alınarkən saxlanılan hərbi qulluqçulardır.
2021-ci ilin 26 noyabr, 4 və 19 dekabr tarixlərində də Azərbaycan Ermənistana 21 hərbi qulluqçunu qaytarmışdır.