Azərbaycan 2022-ci ilin fevralın 2-6-da Türkiyədə keçiriləcək “Agroexpo” - Beynəlxalq Kənd Təsərrüfatı və Heyvandarlıq Sərgisində iştirak edəcək. Bu barədə 28 dekabr tarixində Report xəbər verib.
Sərgi Türkiyədə birinci, Avropada isə dördüncü ən böyük sərgi sayılır. Məlumata görə, tədbirdə 80 ölkədən 774 istehsalçı və 126 min ziyarətçi iştirak edəcək.
Sərgiyə giriş yalnız onlayn alınmış biletlərlə (www.agroexpo.com.tr) olacaq.