Azərbaycan 2022-ci ilin 29-30 mart tarixlərində keçiriləcək “8-ci Berlin Enerji Keçidi Dialoqu” adlı beynəlxalq konfransa dəvət alıb. Bu haqda 9 dekabr tarixində Energetika Nazirliyinin saytında məlumat verilib.
Belə ki, dəvət məktubunu energetika naziri Pərviz Şahbazova Almaniyanın Azərbaycandakı səfiri Volfqanq Maniq təqdim edib.