Bu gün Azərbaycan Karyera İnkişaf Forumu başa çatıb. Bu barədə 9 dekabr tarixində Dövlət Məşğulluq Agentliyi məlumat verib.
Forumda “Karyera məsləhət xidmətinə niyə investisiya edilməlidir?”, “Post-pandemiyada dəyişən trendlər: Çətinlikləri fürsətlərə necə çevirməli?”, “Böyük şirkətlərə aparan karyera yolu/İnnovasiya və startapların karyeramıza təsiri” və digər mövzular müzakirə olunub.
Sözügedən forumun yekunu olaraq gələcək yönümlü təklif və ideyalar müvafiq dövlət qurumları və özəl müəssisələrə göndəriləcək.
Qeyd edək ki, 8 dekabr tarixində başlayan Forumun məqsədi əmək bazarı barədə məlumatlılığı artırmaq və gələcəyin vəd etdiyi peşə və bacarıqlarla tanış etmək idi.