Azərbaycan Mərkəzi Bankının İdarə Heyəti uçot dərəcəsini 0,25% artıraraq 7,25%-ə çatdırılması barədə qərar qəbul edib. Bu barədə 17 dekabr tarixində qurumun Twitter səhifəsində məlumat yayılıb.
Məlumata görə, faiz dəhlizinin aşağı həddi 6% saxlanılıb, yuxarı həddi isə 8%-dən 8,25%-ə çatdırılıb.