Azərbaycan azad edilən ərazilərin minalardan təmizlənməsi üçün yeni minaaxtaran robotlar alacaq. Bunu fövqəladə hallar naziri Kəmaləddin Heydərov dekabrın 12-də deyib.
Nazir qeyd edib ki, azad olunan ərazilərdə Minaaxtaran Alayı yaradılıb: “Alayda 74 minaaxtaran mütəxəssis yetişdirilib. Xaricdən 120 ədəd minaaxtaran cihazlar alınıb. Mütəxəssislərimiz Türkiyə mütəxəssisləri ilə birgə fəaliyyət göstərirlər”.
Kəmaləddin Heydərov onu da əlavə edib ki, ərazi yaşıllıq olduqca minatəmizləmə işləri çətinləşir. “Artıq payız-qış mövsümüdür, ona görə minatəmizləmə işləri daha sürətli şəkildə aparılacaq”, - deyə qurumun rəhbəri vurğulayıb.