Azərbaycan Müdafiə Nazirliyi qanunsuz erməni silahlı dəstəsinin üzvünün öldürülməsi xəbərini təkzib edib. Bu haqda qurum dekabrın 7-də məlumat yayıb.
Qeyd edilir ki, hərbçilərimiz tərəfindən guya açılan atəş nəticəsində Qor Martirosyanın öldürülməsi barədə yayılan xəbərlər əsassızdır və tamamilə yalandır.
“Bu kimi yalan məlumatların yayılması dekabrın 5-də axşam saatlarında qarşı tərəfdə baş vermiş ölümlə nəticələnən növbəti cinayətin ört-basdır edilməsi cəhdidir”, - deyə məlumatda bildirilib.