Azərbaycan akrobatları Daniel Abbasov və Murad Rəfiyevdən ibarət duet Bakıdakı dünya çempionatında bürünc medala yiyələnib.
Cütlük templə hərəkətlərdə finalda 27,500 xala layiq görülüb.
ABŞ birinci, Qazaxıstan isə ikinci yeri tutub.
Qeyd edək ki, sözügedən duet ötən gün qarışıq hərəkətlərdə də bürünc medala sahiblənib.