Dekabrın 10-da Naxçıvanda Əlahiddə Ümumqoşun Orduda xidmət edən hərbçi əsgər Həsənov Nurlan Eldar oğlu qeyri-döyüş şəraitində həlak olub. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Faktla bağlı Hərbi Prokurorluqda araşdırma aparılır.
Bundan öncə, dekabrın 3-də Azərbaycan Ordusunun giziri qayadan yıxılaraq həlak olub.