Naxçıvanda Əlahiddə Ümumqoşun Ordunun xüsusi təyinatlıları ilə təlim keçirilib. Bu barədə dekabrın 8-də Müdafiə Nazirliyindən məlumat verilib.
Xüsusi təyinatlı qruplara dinc əhali arasında təxribat törətməyə hazırlaşan şərti düşmənin zərərsizləşdirilməsi tapşırığı verilib. Xüsusi təyinatlı qruplar zirehli avtomobillərlə və helikopterlərin dəstəyi ilə şərti terrorçuların gizləndikləri yaşayış məntəqəsinə həmlə ediblər.
“Şərti düşmənin diversiya-təxribat fəaliyyətlərinin qarşısını alan xüsusi təyinatlılarımız təlimdə qarşıya qoyulmuş məqsədlərə nail olublar”, - deyə qurumdan əlavə edilib.