Azərbaycanın Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil mərkəzi Albaniyanın Tirana şəhərində keçirilən “Peşə təhsili üçün eTwinning” seminarıda iştirak edib. Bu haqda dekabrın 8-də Təhsil Nazirliyi məlumat verib.
Tədbir iştirakçıları üçün 4 istiqamətdə 16 təlim, müzakirə paneli və çıxışlar təşkil olunub.
Azərbaycan təmsilçisi Albaniya, Kipr və Estoniya təhsil müəssisələrinin müəllimləri ilə birgə “Müxtəlif məktəblərdən iqlim könüllüləri” mövzusunda layihə hazırlayıb.
Layihənin əsas məqsədlərindən biri qlobal iqlim dəyişikliyinin təsirlərini azaltmaq və yeni şəraitlər formalaşdırmaqdır.