Azərbaycan, İran və Gürcüstan Fars körfəzini Qara dənizə birləşdirən tranzit marşrutun yaradılması ilə bağlı razılığa gəliblər. Bu barədə dekabrın 8-də İranın "İSNA" agentliyinə istinadən Report məlumat verib.
İranın Yollara Texniki Xidmət və Nəqliyyat üzrə Təşkilatının Baş direktoru Cavad Hedayətinin sözlərinə əsasən, yaxın 4 ay ərzində İran mallarının Astara sərhədindən Azərbaycana, həmçinin Gürcüstanın Qara dənizdəki limanları vasitəsilə Bolqarıstana və ya digər Şərqi Avropa ölkələrinə çatdırılması üçün İrandan bəzi yüklərin göndərilməsi nəzərdə tutulub.
“Bu layihənin pilot mərhələsini 2022-ci ilin martın 20-dək həyata keçirməyə çalışırıq ki, üç ölkə arasında göndərmə xərclərini və vaxtı azaltmaq üçün mexanizmin yaradılması ilə bağlı üçtərəfli görüş keçirilsin”, - deyə qurumun rəsmisi əlavə edib.