Azərbaycan Antalyada keçiriləcək 28-ci Beynəlxalq Qida və İçki Məhsulları Sərgisində iştirak edəcək. Bu barədə 9 dekabr tarixində Report məlumat verib.
Tədbir yanvar ayının 18-21-i keçiriləcək.
Ölkəmizi Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) təmsil edəcək.
KOBİA kiçik və orta biznes subyektlərinin ölkə iqtisadiyyatında rolunu möhkəmləndirmək, dövlət və özəl qurumlarının fəaliyyətini əlaqələndirmək, regionlarda sahibkarlığın inkişafına əlverişli şərait yaratmaq və xarici investisiyaları cəlb etmək məqsədilə yaradılıb.