top
Azərbaycan tayfaları: Qarapapaqlar və ya tərəkəmələr
11 dekabr 2021, 05:29
- ↺ +

Azərbaycan tayfaları: Qarapapaqlar və ya tərəkəmələr

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Qarapapaqlar və ya tərəkəmələr - Azərbaycandan başqa Türkiyədə, Gürcüstanda yaşayan etnik azərbaycanlılardır.

Asiyada IV əsrin 70-ci illərində Hun dövləti dağıldıqdan sonra bəzi tayfalar Çinin hökmranlığını qəbul etmir və qərbə köçür. Bu zamanlar da Borçalı və Qazaxlı nəsilləri yaranır və onların davamçıları qarapapaq və ya tərəkəmələr adlanır.

Qarapapaqların tarixi kökləri Borçalıya gedib çıxır. Tarixçi Ziya Bünyadov hesab edirdi ki, qarapapaqlar, həmçinin qıpçaq kökünə bağlıdırlar. Qıpçaqlar isə bir vaxtlar Cənubi Gürcüstanda, Qərbi Azərbaycanda və Azərbaycanın bir hissəsində məskunlaşıblar və məhz bu ərazilərdə “Borçalı-Qazax” etnonimi möhkəmlənib. Qarapapaqlar türk qəbilələrindən biri olmaqla, əvvəllər qara qoyun dərisindən papaq geyinirdilər. Bu səbəbdən Qafqazın digər xalqları onlara geyimlərinə görə “qarapapaq” deyiblər.

“Tərəkəmə” isə ərəb dilindən “türkmənlər” deməkdir. XV-XVI əsrlərdə qarapapaqlar Dağıstanda, Qarabağda, Tiflislə Gəncə arasındakı ərazilərdə və Qərbi Azərbaycanda yaşayırdılar. XVI əsrin ikinci yarısında Səfəvi dövlətinin hökmdarı Şah Təhmasib qarapapaqları özbəklərə qarşı istifadə etmək üçün Xorasana (indiki İran) köçürmək istədi. Lakin qumuqların (Dağıstanda, Şimali Osetiyada və Çeçenistanda yaşayan xalq) başçısı Şeyx-Əmir, qarapapaqlar Qəzvinə (indiki İran) çatanda, 100 min tərəfdarı ilə qarapapaqları qoruyub, vətənlərinə geri qaytarır. Onun tərəfdarlarından biri qarapapaqların xanı olub. XIX əsrin ikinci yarısına qədər qarapapaqlar əsasən Göyçə gölünün şimalında yaşayıblar. Sonra isə burada yaşayan 800 qarapapaq ailəsi İrana və Türkiyə ərazisinə köçüblər.

Sovet dövründə qarapapaqların bir hissəsi Orta Asiyaya sürgün edilir. Həmin tərəkəmələr indidə Qazaxıstan, Qırğızıstan, Özbəkistanda yaşayır. Qarapapaqlar oturaq həyat tərzi sürüb, əkinçilik və qismən maldarlıqla məşğul olublar. Həmçinin onların özünəməxsus mədəniyyəti, adətləri, mətbəxi var. Qarapapaqların bayram şənliklərində, toylarda ifa etdikləri rəqslərdən biri “tərəkəmə” adlanır. Hazırda qarapapaqlar Azərbaycanın Qazax və bəzi Aran rayonlarında, Dərbənd (indiki Rusiya), Gürcüstanın Kverno-Kartli diyarı, İranda, Türkiyənin şimal-şərqində yaşayırlar.

Son xəbərlər

Cəmiyyət
Bu gün, 15:13

Azərbaycanda hakimiyyəti zorla ələ keçirilməsinə çağırış edən türkiyəli jurnalist beynəlxalq axtarışa verilib

Cəmiyyət
Bu gün, 14:59

Atanın oğluna gətirdiyi "sovqat"da narkotik aşkarlandı

Cəmiyyət
Bu gün, 14:43

Bakının Gəncə prospektində təhlükəli vəziyyət: itlər insanlara hücum edir

Cəmiyyət
Bu gün, 14:30

"Ad günü"ndən 48 il sonra... - FOTO

Cəmiyyət
Bu gün, 13:50

"20 Yanvar" və "Şamaxinka" ətrafında bəzi marşrutlar dayanacaq məntəqələrindən çıxarılır

Cəmiyyət
Bu gün, 12:59

Prezident İlham Əliyev Gürcüstanın ölkəmizdə yeni təyin olunmuş səfirini qəbul edib

Cəmiyyət
Bu gün, 12:56

Paralimpiya hərəkatının inkişafında xidmətləri olan şəxslər "Tərəqqi" medalı ilə təltif edilib

Cəmiyyət
Bu gün, 12:52

Sabah Azərbaycanda 31 dərəcə isti olacaq

Cəmiyyət
Bu gün, 12:50

Prezident İlham Əliyev Hindistanın ölkəmizdə yeni təyin olunmuş səfirini qəbul edib

Cəmiyyət
Bu gün, 12:42

Azərbaycan sərhədini pozmağa cəhd göstərən xarici ölkə vətəndaşları saxlanılıb

Cəmiyyət
Bu gün, 12:31

Dövlət qulluqçularının fəaliyyətini davam etdirməsi üçün imtahan vermələri tələb olunmayacaq

Cəmiyyət
Bu gün, 12:20

Dövlət qulluğunda Dövlət Proqramı ilə xaricdə təhsil alanlarla bağlı yenilik açıqlanıb

Cəmiyyət
Bu gün, 12:10

Hərbçilərin əməkhaqları artırılır

Cəmiyyət
Bu gün, 11:30

Dələduzluqda ittiham olunan şəxs Rusiyadan Azərbaycana ekstradisiya edilib

Cəmiyyət
Bu gün, 11:26

Azərbaycan əhalisinin sayı 0,2 faiz artıb

Cəmiyyət
Bu gün, 10:55

"Tesla" uçan avtomobil təqdim etdi - VİDEO

Cəmiyyət
Bu gün, 10:11

Narkotik təsiri altında olan Abu-Dabi şahzadəsi London küçələrində - VİDEO

Cəmiyyət
Bu gün, 10:00

İlk dəfə meyitdən ürək köçürülən mərhumun anası: "Əcəl onu başqa şeydən apardı" - VİDEO

Cəmiyyət
Bu gün, 09:05

İnfantino mübahisəli investisiya təşəbbüsünə görə üzr istəyib

Cəmiyyət
Bu gün, 00:01

Vətən müharibəsinin xronikası: 16 oktyabr

Cəmiyyət
Dünən, 16:54

Ermənistanda saxlanılan azərbaycanlı hərbi qulluqçunun atası oğlu ilə əlaqə yaradılmasını istəyir

Siyasət
Dünən, 16:29

"Dünyada heç bir ölkə təkbaşına inkişaf edə bilməz" - İsrail Prezidenti

Siyasət
Dünən, 16:23

Prezident İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib

Cəmiyyət
Dünən, 16:05

Lənkəranda toyuq kəsimi sexinin fəaliyyəti dayandırılıb

Oxşar xəbərlər