Cari ilin ilk 10 ayı ərzində Azərbaycan və Belarus arasında ticarət dövriyyəsi 20% artaraq 442 milyon dollar təşkil edib. Report məlumat verir ki, bu barədə Minskdə Belarusun Baş naziri Roman Qolovçenko Azərbaycanın ölkədəki səfiri Ülvi Baxşəliyev arasında keçirilən görüşdə deyib.
Baş nazirin sözlərinə görə, koronavirus pandemiyasına baxmayaraq ticarət dövriyyəsində yaxşı nəticələr əldə edilib. Qeyd olunub ki, Belarusa sanksiyalar tətbiq edən ölkələrdən bir sıra ərzaq məhsullarının idxalına qadağa fonunda Azərbaycanın Belarusa meyvə və tərəvəz tədarükünü artırmaq üçün yaxşı potensial var. Həmçinin qeyd olunub ki, Belarus və Belarus xalqı ikitərəfli münasibətlərdə həmişə Azərbaycanın dəstəyini hiss edib.
Qeyd edək ki, Azərbaycanda 50-dən çox Belarus müəssisəsi təmsil olunur. Belarusdan Azərbaycana əsasən lifli taxta, taxta-şalban, mebel, dərmanlar, transformatorlar, kərə yağı və süd məhsulları ixrac olunur, Belarus isə Azərbaycandan neft, propilen polimerləri, pomidor, qoz-fındıq və spirtli içkilər idxal edir.