Azərbaycan və İran Astaraçay üzərindən yeni körpünün tikintisini razılaşdırıb. Bu barədə 7 dekabr tarixində İran KİV-lərinə istinadən Sputnik-Azərbaycan məlumat verib.
Sözügedən 4 zolaqlı körpünün uzunluğu 97 metr olacaq. İranın yol və şəhərsalma nazirinin müavini Xeyrulla Xademinin İran KİV-lərinə açıqlamasına görə, bu körpünün tikintisi iki ölkə arasında beynəlxalq tranzitin və iqtisadi imkanların artırılması məqsədi daşıyır.