103 il əvvəl 1918-ci il dekabrın 7-də keçmiş qız məktəbinin binasında müsəlman şərqində ilk parlamentin birinci iclasının açılışı olmuşdur.
Azərbaycan Parlamenti yarandığı ilk gündən öz işlərini demokratik cümhuriyyətlərə xas təşkilati prinsiplər əsasında qurmuşdur.
Əsas məqsəd – gənc Azərbaycan Cümhuriyyətinin müstəqilliyi və ərazi toxunulmazlığını, milli və siyasi hüquqlarını qoruyub saxlamaq olmuşdur.
Həmçinin Azərbaycan xalqının və hökumətinin digər xalqlar və dövlətlərlə əlaqələr yaratmaq və onları möhkəmləndirmək əsas məqsədlərdən biri idi.
Həmin gün Əlimərdan bəy Topçubaşov parlamentin sədri seçilmişdir. Topçubaşov eyni zamanda Bakı Şəhər İdarəsinin rəisi, Bakı Şəhər Dumasının üzvü və Kaspi qəzetinin baş redaktoru idi.
Cəmi 17 ay fəaliyyət göstərməsinə baxmayaraq, Azərbaycan Xalq Cümhuriyyəti Parlamenti müsəlman şərqində yeganə parlamentli respublika idi.