Cari ilin yanvar-oktyabr aylarında Azərbaycan Gürcüstandan 443,3 milyon dollarlıq məhsul idxal edib. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 21,6% çoxdur. Bu barədə 9 dekabr tarixində Gürcüstan Milli Statistika İdarəsinə istinadən Trend məlumat verib.
Məlumata əsasən, Azərbaycan Gürcüstanla aparıcı ixrac ticarət tərəfdaşları arasında 3-cü yerdədir. Eyni zamanda, Gürcüstanın ixracında Azərbaycanın payı 13,1% təşkil edir.
Azərbaycana Gürcüstandan ən çox nəqliyyat avadanlığı, sənaye təchizatı, qida məhsulları və içkilər və istehlak malları idxal olunur.