Dekabrın 28-də Azərbaycana qaçaqmalçılıq yolu ilə gətirilən aksiz markasız tütün məhsullarının realizə edilməsinin qarşısı alınıb. Bu barədə Dövlət Gömrük Komitəsi məlumat paylaşıb.
Məlumata əsasən, aksiz markasız məhsulların naməlum şəxslər tərəfindən ölkəyə gətirilərək Bakının Yasamal rayonunda yerləşən köşkdə satış məqsədi ilə saxlanılması müəyyən edilib.
Həmin köşkdə 43 adda 115 720 ədəd aksiz markasız siqaretlər aşkarlanıb.