Bakı-Quba-Rusiya ilə dövlət sərhədi avtomobil yolunun 27-ci kilometrliyində 3D piyada keçidi yaradılıb. Bu haqda martın 14-də 1news.az xəbər paylaşıb.
Yenilik Baş Dövlət Yol Polisi İdarəsinin təşəbbüsü ilə piyadaların təhlükəsizliyi üçün tətbiq edilib.
Sözügedən keçidlər dünyanın bir çox ölkəsində istifadə olunur. Onların rəngli versiyasının olduğu da bildirilib.