Azərbaycanda hazırda 58 siyasi partiya, 3359 ictimai birlik, 211 fond, 73 həmkarlar ittifaqı, 224 mənzil mülkiyyətçiləri müştərək cəmiyyətləri var. Bu haqda dekabrın 8-də Ədliyyə Nazirliyinin Qeyri-hökumət təşkilatları ilə iş şöbəsinin rəisi məlumat verib.
Şöbə rəisinin sözlərinə görə, son 5 ildə vətəndaş cəmiyyətlərinə 10 minə yaxın layihə üzrə 900 milyon manatdan çox məbləğ ayrılıb.