Azərbaycanda avtoparkın 80-90%-ni köhnə avtomobillər təşkil edir. Bu barədə Baku Tv-yə açıqlamasında Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini İsmayıl Hüseynov deyib.
Onun sözlərinə görə, hazırda ölkədə 1,3 milyona qədər avtomobil var. “2019-cu ilin yanvar ayının 1-dən tam elektrik mühərriklə işləyən nəqliyyat vasitələri ƏDV-dən azad olundu. Növbəti ildən isə hibrid mühərrikli avtomobillərin də ƏDV-dən azad olunması nəzərdə tutulub”, - deyə İsmayıl Hüseynov bildirib.
Gömrük Komitəsinin nümayəndəsi vurğulayıb ki, müvafiq addımlar avtoparkın yenilənməsinə müsbət təsir edəcək.