Bakı, Gəncə və Sumqayıtda növbəti, Lənkəran, Salyan və Naxçıvanda isə ilk “ASAN Xidmət” mərkəzləri inşa olunur. Bu barədə dekabrın 29-da Report Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə istinadən xəbər yayıb.
Hazırda ölkədə 21 “ASAN xidmət” mərkəzi fəaliyyət göstərir. Onlardan 6-sı Bakıda, digərləri Sumqayıt, Gəncə, Sabirabad, Bərdə, Qəbələ, Masallı, Quba, Mingəçevir, İmişli, Şəki, Şamaxı, Kürdəmir, Tovuz, Ağcabədi və Balakəndədir.
“ASAN xidmət”də 320-dən çox, “ASAN Kommunal”da isə 55 növ xidmət göstərilir. Bu günədək sözügedən mərkəzlərdə 7 milyon çox vətəndaşın müraciəti daxil olub.