Azərbaycanın Mərkəzi Bankı (AMB) “Google Pay” və “Samsung Pay” ödəniş sistemlərinin ölkədə işləməsi barədə danışıqlar aparır. Bu barədə 8 dekabr tarixində AMB-nin baş direktoru Fərid Osmanov Report-a açıqlama verib.
Onun sözlərinə görə, həmin təşkilatların Azərbaycanda işləməsi üçün müəyyən şərtlər var: “Bunlar təmassız ödənişlər, elektron ticarət və s. Bu istiqamətdə fokusumuz həmin sahələrin inkişaf etdirilməsidir”.
Qeyd edək ki, “Apple Pay” sistemi cari ilin noyabr ayından ölkədə işləyir.