“Azərbaycanda məşğulluğa dəstək” layihəsi iştirakçılarına aktivlərin təqdim edilməsinə başlanılıb. Bu haqda 28 dekabrda Dövlət Məşğulluq Agentliyinin rəsmi səhifədində məlumat verilib.
Layihə çərçivəsində işsiz şəxslərə istehsal-xidmət sahəsi üzrə avadanlıqlar təqdim olunub.
“Azərbaycanda məşğulluğa dəstək” layihəsi Dünya Bankının dəstəyi ilə reallaşdırılır. Sözügedən layihə çərçivəsində bir sıra fəaliyyət istiqamətləri üzrə biznesin qurulması üçün aktivlər təklif edilir. 2020-2025-ci illəri əhatə edəcək layihə üzrə 22 min işsiz şəxsin proqrama cəlb edilməsi nəzərdə tutulub. Artıq 6003 nəfər qeydiyyata alınaraq təlimlərə cəlb olunub.