Ötən il Azərbaycanda, əsasən, üç istiqamət üzrə işlər aparılıb. Bu barədə martın 15-də Report Nazirlər Kabinetinin 2021-ci ildə fəaliyyəti haqqında hesabatın müzakirəsi zamanı millət vəkili Tahir Mirkişilinin çıxışına istinadən məlumat verib.
Bu istiqamətlər işğaldan azad olunmuş ərazilərin bərpa edilməsi, pandemiyanın iqtisadiyyatda yaratdığı fəsadların aradan qaldırılması, qlobal ərzaq qıtlığı və bahalaşması ilə mübarizə olub.
Millət vəkili öz çıxışında hesabat ilində ÜDM-in 5,6%, qeyri-neft-qaz sektorunun 7,2%, kənd təsərrüfatı istehsalının 3,4%, qeyri-neft ixracının 38,4% artmasını qeyd edib.