Azərbaycanda xarici idman mərc saytlarına giriş qadağan edilir. Bununla bağlı parlament dekabrın 27-də "Telekommunikasiya haqqında" qanuna düzəlişi qəbul edib.
Düzəlişə əsasən, internet provayderləri və rabitə operatorları azart oyunların təşkilinin və keçirilməsinin qarşısını almalıdırlar. Buraya azart oyunların təşkili və ya bilet satışı, azart oyunlarda iştirak, xarici lotereya təşkilatçılarına və idman mərc oyunlarının operatorlarına ölkədə virtual mühitə çıxış daxildir.
Dəyişikliklər Milli Məclisin üçüncü oxunuşunda səsverməyə qoyularaq qəbul edilib.