“Azəriqaz” İB-nin rəhbər şəxsləri 9 dekabr tarixində Gəncədə sahibkarlarla görüşəcək. Bu barədə 7 dekabr tarixində qurumun Facebook səhifəsində məlumat verilib.
Görüş “Açıq mikrofon” aksiyası çərçivəsində keçiriləcək. “Səyyar qəbul otağı” Gəncə şəhəri, Gülüstan qəsəbəsində, 14 nömrəli məktəbin yanında saat 11:00-dan 13:00-dək sahibkarların xidmətində olacaq.
İstənilən təklif və problemlər yerindəcə aydınlaşdırılacaq və müvafiq qərarlar veriləcək.