İşğaldan azad edilmiş ərazilərdə 92 mina aşkarlanıb. Bu barədə 20 iyun tarixində Azərbaycan Minatəmizləmə Agentliyi məlumat verib.
Məlumata əsasən, iyunun 13-dən 18-dək Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılan minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 79, tank əleyhinə 13 mina və 58 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.
Bildirilib ki, nəticədə 557 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.