Azad olunan ərazilərdə iyun ayında 271 tank əleyhinə mina, 278 piyada əleyhinə mina, 1695 partlamamış hərbi sursat (PHS) aşkarlanıb və zərərsizləşdirilib.
Bu barədə İnsanoid Azərbaycan Minatəmizləmə Agentliyinə istinadən bu gün, 1 iyul tarixində xəbər verir.
Azad edilmiş ərazilərdə həyata keçirilən humanitar minatəmizləmə əməliyyatları ilə bağlı aylıq məlumatda deyilir.
Məlumata əsasən, ötən ay ümumilikdə 5675.5 hektar ərazi minalardan təmizlənib.
Qeyd edək ki, minatəmizləmə əməliyyatlarını ANAMA, Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi və Dövlət Sərhəd Xidməti həyata keçirib.