Maqsud Fərzullayev “Formula 1” Azərbaycan Qran-prisinin icraçı direktoru təyin edilib. Bu haqda oktyabrın 18-də Oxu.Az xəbər yayıb.
Ondan öncə 7 il ərzində bu vəzifədə Arif Rəhimov çalışırdı. O, bundan sonra fəaliyyətini özəl sektorda davam etdirəcək.
Maqsud Fərzullayev Milli Gimnastika Arenasında icraçı direktor vəzifəsində çalışmış, 2015-ci ildə keçirilmiş Avropa oyunları və Bakıda keçirilmiş 2017-ci il İslam Həmrəyliyi Oyunlarının, eləcə də, 2022-ci il “Formula 1” Azərbaycan Qran-prisinin təşkilat komitəsində fəal iştirak etmişdir.
Qeyd edək ki, 2023-cü ildə Azərbaycan Qran-prisi 28-30 apreldə təşkil olunacaq.
Xatırladaq ki, Arif Rəhimov mərhum nazir Azad Rəhimovun oğludur.