“Azərbaycan Hava Yolları” iyulun 25-dən başlayaraq Bakı-Daşkənd-Bakı istiqaməti üzrə uçuşları həftədə 3 dəfə yerinə yetirəcək. Bu barədə məlumat 4 iyul tarixində AZAL-ın Facebook səhifəsində yerləşdirilib.
Məlumata əsasən, aviareyslər Özbəkistanın paytaxtına həftənin bazar ertəsi, çərşənbə və şənbə günləri həyata keçiriləcək.
Biletləri AZAL-ın saytında və kassalarında əldə etmək olar.