Bu gündən "Azərbaycan Hava Yolları" QSC Bakıdan Füzuliyə müntəzəm reyslərin həyata keçirilməsinə başlayır. Bu barədə 17 iyul tarixində AZAL məlumat yayıb.
Uçuşlar çərşənbə və şənbə günləri Heydər Əliyev Beynəlxalq Aeroportunun 2-ci terminalından həyata keçiriləcək.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin kollegiyasının qərarına əsasən, biletlərin qiyməti bir tərəfə 78 manat təyin edilib. Bu qiymətə 10 kq-a qədər əl yükü və 23 kq-a qədər baqaj daxildir.