"Azərbaycan Hava Yolları" aviaşirkətinin İstanbul-Bakı (J2-076) marşrutu üzrə həyata keçirilən reysin uçuş saatı gecikir. Bu barədə 2 iyul tarixində AZAL-ın Facebook səhifəsində məlumat verilib.
Məlumata əsasən, reysin gecikməsinə səbəb kondisioner sistemində yaşanan problemdir.
Gecikmiş reysin sərnişinləri aviaşirkətin qaydalarına uyğun olaraq lazımi əşyalarla təmin olunacaqlar.