“Azərbaycan Hava Yolları” aviaşirkəti iyul ayından Bakıdan Gürcüstanın paytaxtı Tbilisi şəhərinə uçuşlar həyata keçirəcək. Bu barədə 22 iyun tarixində AZAL-ın Facebook səhifəsində məlumat verilib.
Məlumata əsasən, reyslər həftədə 3 dəfə - bazar ertəsi, çərşənbə axşamı və cümə günləri həyata keçiriləcək. İlk reys iyulun 1-də baş tutacaq.
Qeyd edək ki, hazırda həmin istiqamətdə “Buta Airways” aviaşirkəti hər gün 2 dəfə uçuşlar həyata keçirir.